Qara dəniz və Xəzəryanı ölkələrin karateçiləri növbəti çempionatda mübarizə aparacaqlar
Avqustun 23-dən 25-dək Türkiyənin Rizə şəhərində Qara dəniz və Xəzəryanı ölkələrdən olan karateçilər arasında çempionat keçiriləcək.

Azərbaycan karateçilərinin də qatılacaqları yarışlar uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında təşkil ediləcək.

Turnirdə 7, 8 və 9 yaşlı idmançılar kata üzrə fərdi və komanda yarışlarında güclərini sınayacaqlar. On yaşdan yuxarı idmançılar isə kata və kumite üzrə həm fərdi, həm də komanda yarışlarında iştirak edəcəklər.

Xəbər 764 dəfə oxundu.