Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb
Mərdəkan qəsəbəsində yerləşən milli komandaların təlim-məşq mərkəzində qadın futbolunda çalışan mütəxəssislər üçün “C” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, avqustun 2-də başa çatacaq məşğələlərə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov rəhbərlik edir.

Xəbər 733 dəfə oxundu.