Bakıda keçiriləcək futvolley üzrə beynəlxalq turnirdə 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək
Avqustun 2-dən 4-dək Bakıda futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Ötən ilki turnirlərdən fərqli olaraq bu dəfə yarışda 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək.

Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarışdan əvvəl komandalar üçün təlim-məşq toplanışı təşkil edilib. Toplanış avqustun 1-dək təşkil olunacaq.

Təlim-məşq toplanışında praktiki məşğələlər “Dalga Lite”da, nəzəri təlimlər isə yenicə təmirdən çıxmış “Piano” otelində keçirilir. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşıblar. Bu məşğələ turnir öncəsi hazırlıq xarakteri daşıyır.

Turnirin finalından sonra idmançılar ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunacaq dənizkənarı konsertdə iştirak edəcəklər.

Xəbər 762 dəfə oxundu.