Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək | |
İyulun 30-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçiriləcək. Qarşılaşmalar iki gün ərzində oynanılacaq. İyulun 30-da 7, bir gün sonra isə 5 görüş təşkil olunacaq. İkinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı görüşlər oynanılacaq: “APOEL” (Kipr) – “Sutyeska (Monteneqro), ilk oyun – 1:0; “Kalyu” (Estoniya) – Seltik (Şotlandiya), ilk oyun – 0:5; “Təl-Əviv” (İsrail) - “CFR Cluj” (Rumıniya), ilk oyun – 0:1; “Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya), ilk oyun – 2:3; “Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan), ilk oyun - 2:0; “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan), ilk oyun – 1:3; “Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya), ilk oyun – 0:0. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını iyulun 31-də keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın “Dandulk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi “Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir. İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır: “HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2; “AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun - 1:2; “Rusenborq” (Norveç) – “BATE” (Belarus) – 1:2; “Kopenhagen” (Danimarka) – “TNS” (UELS) – 2:0. Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “Sutyeska” – “APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. |
|
Xəbər 773 dəfə oxundu. |
|
|