Şahmatçımız “Open Kataloniya” turnirində liderlər qrupunda çıxışını davam etdirir
Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyada keçirilən “Open Kataloniya” turnirində uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz səkkizinci turda ispaniyalı şahmatçı Miguel Munozla heç-heçə edib. Səkkiz turdan 6,5 xal toplayan şahmatçımız liderlər qrupundadır.

Bu gün sonuncu turun - doqquzuncu turun oyunları keçiriləcək. Təmsilçimiz hindistanlı Ra Harikrişnanla qarşılaşacaq.

Xəbər 701 dəfə oxundu.