“Neftçi”–“Arsenal” matçının biletləri satışa çıxarılıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Arsenal” oyununun biletləri iyulun 29-da satışa çıxarılıb.

Qiyməti 2, 5, 20 və 100 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”dən, “Mega City” ticarət mərkəzindən, “Şahənşah” şadlıq sarayının birinci mərtəbəsindən, “Metropark” mağazalarından və “Mega Store”dan əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Arsenal” oyunu saat 21:00-da başlayacaq.

Xəbər 763 dəfə oxundu.