Badmintonçumuz beynəlxalq turnirdə çıxış edib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Nigeriyanın paytaxtı Laqosda keçirilən beynəlxalq turnirdə çıxış edib.

Edi Reski Dviçayo “International Challenge” seriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Azərbaycan təmsilçisi onaltıdabir finalda Slovakiya idmançısı Milan Dratvanı 2:0 (21:19, 21:6) hesabı ilə məğlub edib. Səkkizdəbir finalda Kanada təmsilçisi Sankirs üzərində 2:0 (21:12, 21:17) hesablı qələbə qazanan idmançımız dörddəbir finalda turnirin bir nömrəli reytinq favoriti İsrail badmitonçusu Mişa Zilbermana 0:2 (17:21, 17:21) hesabı ilə uduzub.

Turnirin 8 ən güclü idmançısı sırasına yüksələn badmintonçumuz bu nəticə sayəsində aktivinə 2200 reytinq xalı yazdırıb.

Xəbər 800 dəfə oxundu.