Ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub
İyulun 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 89, 96 və 102 kiloqramadək olan atletlər qüvvələrini sınayıblar. 89 kiloqram çəki dərəcəsində toplam 216 kiloqram (96+120) nəticə ilə Hacı Əlimanov, 96 kiloqram çəki dərəcəsində toplam 130 kiloqram (60+70) nəticə ilə Sadiq Aslanlı, 102 kiloqram çəki dərəcəsində isə toplam 71 kiloqram (30+41) nəticə ilə Şamil Səlimli qalib adını qazanıblar.

Yaşı 17-yə qədər olan oğlanlar arasında ilk olaraq çəkisi 55 və 61 kiloqramadək olan atletlər mübarizəyə qoşulublar. 55 kiloqram çəki dərəcəsində toplam 174 kiloqram (76+98) nəticə ilə Nihad Həsənli, 61 kiloqram çəki dərəcəsində isə toplam 214 kiloqram (98+116) nəticə ilə Fuad Həsənov qızıl medala layiq görülüblər.

67 kiloqram çəki dərəcəsində toplam 260 kiloqram (115+145) nəticə ilə Rüstəm Qasımov, 73 kiloqramda isə toplam 237 kiloqram (105+132) nəticə ilə Nurlan Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Körpücüyə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 81, 89, 96, 102 və +102 kiloqram olan atletlər çıxıblar. 81 kiloqramda toplam 267 kiloqram (115+142) nəticə ilə İsa Həsənli, 89 kiloqramda toplam 323 kiloqram (146+177) nəticə ilə Tarmenxan Babayev, 96 kiloqramda toplam 215 kiloqram (100+115) nəticə ilə Kənan Zamanov, 102 kiloqramda toplam 296 kiloqram (131+165) nəticə ilə Əli Şükürlü, +102 kiloqram çəki dərəcəsində isə toplam 265 kiloqram (120+145) nəticə ilə Rəhman Kazımov qızıl medal qazanıblar.

Xəbər 1098 dəfə oxundu.