Tural İsgəndərov: Bu mərhələ çətin idi
«Bu gün də mərhələ çətin keçdi: döngələr, çürət çox idi. Buna baxmayaraq, yenə fərqlənə bildim». Bunu idman.com.az saytına açıqlamasında milli komandamızın aparıcı üzvü Tural İsgəndərov dedi.

Ulu öndər Heydər Əliyevin xatirəsinə ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq veloturun 4-cü mərhələsində bu gün Azərbaycan velosipedçiləri arasında ən yaxşı olan gənc idmançı 114 km-lik Qəbələ-İsmayıllı-Qəbələ marşrutunu 2 saat, 42 dəqiqə, 28 saniyəyə qət etdi.

Növbəti dəfə «Odlar yurdu» köynəyinə sahib çıxan T.İsgəndərov bildirdi ki, o, sonuncu raundda da bu uğuru təkrarlamağı hədəfləyib:
«Komanda yoldaşlarım sağ olsunlar, mənə dəstək verdilər. Gücümüzü paylaşdırdıq. Sonda qalib oldum».

Kamran Hacı, Qəbələ

Xəbər 1721 dəfə oxundu.