Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub | |
Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub. Finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb. Qardaş ölkənin yığma komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstan (4:0) komandalarına qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. |
|
Xəbər 1294 dəfə oxundu. |
|
|