XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

İdman gimnastikası yarışlarının sonuncu günündə kişi və qadın atletlər müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar.

Kişi gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışırlar.

Xəbər 1428 dəfə oxundu.