“Bakı 2019”: Bu gün kişi və qadın basketbolçuların yarışında finalçılar müəyyənləşəcək
XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışları davam edir.

Festivalın altıncı günündə kişi və qadın basketbolçular 5-8-ci yerlər uğrunda və yarımfinalda mübarizə aparacaqlar.

İlk olaraq qadınların mübarizəsində 5-8-ci yerlər uğrunda görüşdə Belçika-Türkiyə, yarımfinal mərhələsində isə Rusiya-Macarıstan oyunu keçirilir. Daha sonra 5-8-ci yerlər uğrunda görüşdə Polşa-İtaliya, finala vəsiqə uğrunda qarşılaşmada isə Çexiya-Fransa görüşü təşkil olunacaq.

Kişilərin yarışında 5-8-ci yerlər uğrunda görüşdə Azərbaycan millisi Yunanıstan, Litva yığması ilə Xorvatiya ilə qarşılaşacaq. Finala vəsiqə uğrunda isə İspaniya-Fransa və Serbiya-Türkiyə matçları oynanılacaq.

Xəbər 1132 dəfə oxundu.