XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

İdman gimnastikası yarışlarının dördüncü günündə kişi və qadın atletlər müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar.

Kişilər sərbəst hərəkətlər, dəstəli at, halqalarda, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda yarışırlar. Gimnastımız Səməd Məmmədli isə sərbəst hərəkətlər və dəstəli at yarışlarında medallar uğrunda mübarizə aparır.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 1122 dəfə oxundu.