Di Kanio müğənni oldu
Ötən mövsümün yekunlarına əsasən «Suindon Taun»u İngiltərənin 1-ci liqasına çıxaran baş məşqçisi Paolo Di Kanionun yeni bir istedadı üzə çıxıb. İdman.com.az saytı xəbər verir ki, keçmişin məşhur italyan futbolçusu komandasının uğuru bayram edilərkən səhnəyə çıxaraq mahnı oxuyub. 43 yaşlı mütəxəssisi mikrofona «Toploader» rok qrupunun üzvləri dəvət ediblər. Onlar birlikdə kollektivin əsas hiti olan «Dancing In The Moonlight»ı ifa ediblər.

Di Kanio həmişə tamaşaçıları əylənldirməyi sevib. O, bir dəfə bir dəfə yüngül atletika marafonuna qatılıb, lakin döngəni səhv salaraq, 3 kilometrlik məsafənin yarısını qət edib. Məşqçi «Suindon»un bir məğlubiyyəti zamanı yetirmələrindən birinə əl qaldırmağı ilə də yadda qalıb. Lakin vaxtilə onun Zepp Blatterin əlindən «Fair Play» mükafatı aldığını da qeyd etməyə dəyər. 2000-ci ildə o, «Vest Hem»də oynayarkən «Everton»un qapıçısının zədələndiyini görüb boş qapıya topu göndərməmişdi.

Xəbər 1149 dəfə oxundu.