Ukrayna gimnastı “Bakı 2019”un çoxnövçülük yarışlarında qızıl medal qazanıb
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında kişilərin çoxnövçülük turnirində qaliblər müəyyənləşib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ukrayna təmsilçisi İlya Kovtun 82 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya təmsilçiləri İvan Kulyak (81,100 xal) gümüş, Muhammadjon Yakubov (80,550) isə bürünc medal qazanıblar.

Azərbaycan gimnastı Səməd Məmmədli isə 75,500 xalla 19-cu olub.

Yarış gününün ikinci hissəsində qadın gimnastlar çoxnövçülükdə güclərini sınayacaqlar.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

Xəbər 1147 dəfə oxundu.