«Qranada»lı havbekin 3 aylıq cəzası
«Qranada»nın havbeki Ani Benites «Real»la oyunda matç rəsmisinə qarşı uyğun olmayan rəftara görə 3 aylıq cəza alıb. İdman.com.az saytı xəbər verir ki, yarımmüdafiəçi həmin matçda referiyə şüşə atıb. Futbolçunu İspaniya çempionatının reqlamentinin 99-cu maddəsi ilə cəzalandırıblar. Həmin maddə matçın rəsmisinə qarşı aqressiv münasibətə görə 3 aydan 6 aya kimi cəza nəzərdə tutur.

Xəbər 1065 dəfə oxundu.