EYOF Bakı 2019-da velosiped idmanı üzrə qızlar arasında qrup yarışının qalibləri müəyyən olunub
İyulun 25-də XV Avropa Yay Gənclər İdman Festivalı (EYOF Bakı 2019) çərçivəsində velosiped idmanı üzrə qızlar arasında qrup yarışı keçirilib.

Medallar uğrunda 30-dan çox ölkədən 75 idmançı (50 km) mübarizə aparıb.

Yarışın yekunlarına görə, Zoe Bakstedt (Böyük Britaniya) qızıl (1:21.00), Françeska Barale (İtaliya) gümüş (1:22.04), Alena İvançenko (Rusiya) bürünc (1:22.09) medallar qazanıblar.

Xəbər 1020 dəfə oxundu.