Sissenin «Real» arzuları
«Nyukasl»ın forvardı Pappiss Sisse etiraf edib ki, uşaq yaşlarından «Real»da oynamağı arzulayıb. Hücumçu ötən qış transfer dövrünə «Frayburq»dan transfer edildikdən sonra Premyer Liqada 13 oyuna 13 qol vurmaqla özünü ən yaxşı tərəfdən göstərib.

İdman.com.az saytının məlumatına görə, 26 yaşlı seneqallı hazırda özünü «Nyukasl»da xoşbəxt saydığını desə də, gələcəkdə özünün uşaqlıq arzusunu reallaşdırmağı düşünür:

«Mənim planıma uzun müddət Çempionlar Liqasını qazana biləcəyim dünyanın ən yaxşı klublarından birində oynamaq daxildir. «Real»a uşaq vaxtından həsəd aparıram. Ancaq «Nyukasl»da xoşbəxtəm. Bu böyük klubdu. Amma yenə də «Mançester Siti» və «Mançester Yunayted»dən geri qalır.

Xəbər 1121 dəfə oxundu.