Festivalın cüdo yarışlarının birinci günündə beş idmançımız mübarizəyə qoşulub
İyulun 24-də Bakıda Heydər Əliyev adına İdman Sarayında XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb.

Yarışların birinci günündə qadınlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış edirlər.

Azərbaycan təmsilçiləri Gülşən Bəşirova (44 kq) səkkizdəbir finalda ispaniyalı Mariya Qonzales, Səbinə Əliyeva (48 kq) portuqaliyalı Raquel Brito ilə qarşılaşacaqlar.

Oğlanların yarışında səkkizdəbir finalda İsmayıl Qənbərli (50 kq) rusiyalı Sergey Mastriukov, Şükran Zamanlı (55 kq) onaltıdabir finalda Portuqaliya təmsilçisi Migel Qaqo, Turan Bayramov (60 kq) isə Kote Kapanadze (Gürcüstan) - Adam Safer (Avstriya) qarşılaşmasının qalibi ilə görüşəcəklər.

Festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycanı bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.

İyulun 25-də qızlar 52, 57 və 63 kiloqram, oğlanlar 66 və 73 kiloqram, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.

Xəbər 726 dəfə oxundu.