Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü gününə start verilib
İyulun 24-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü günü başlayıb.

Gün ərzində yarışlar iki sessiyada baş tutacaq. Səhər sessiyasında atletlər 200 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, üç təkanla tullanma, çəkicatma və çoxnövçülük növlərində mübarizə aparacaqlar. Axşam sessiyasında qızlar arasında çoxnövçülük, oğlanlar arasında hündürlüyə tullanma yarışları keçiriləcək. Həmçinin 400, 800, 1500 metr məsafəyə qaçış və diskatma üzrə final yarışları təşkil olunacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 1118 dəfə oxundu.