“EYOF Bakı 2019”: güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar | |
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar. Yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər. Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar. Qadın güləşi üzrə isə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmana (8:0) qalib gəlib. Bu yarışlardakı digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar. Güləş yarışları davam edir. |
|
Xəbər 557 dəfə oxundu. |
|
|