Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən tempo turnirinin qalibləri müəyyənləşib
Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən tempo turnirinin qalibləri müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə müəllimlər, dərəcəli və həvəskar şahmatçılar olmaqla, 88 zəka sahibi mübarizə aparıb.

Doqquz turdan ibarət turnirin qalibi Toğrul Həsənzadə olub. O, 9 mümkün xaldan 8-ni toplayıb. Ondan yarım xal geri qalan Pərviz Qasımov ikinci, eyni xala malik olan Nəsrin Babayeva isə üçüncü yeri tutub.

Xəbər 758 dəfə oxundu.