Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb
Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb.

Bu qarşılaşmalarda slovakiyalı Salma Druqdova Azərbaycan idmançısı Polina Drobişevanı 6:1, 6:0, Arica Todoni (Rumıniya) Pia Marija Rebeci (Sloveniya) 6:0, 6:0, Pedro Rodenas (İspaniya) Erden Eri (Türkiyə) 6:4, 6:3, Çelsi Fontenel (İsveçrə) Forta Morinanı (Kosova) 6:0, 6:0, Dominika Salkova (Çex Respublikası) Dani Junanı (Albaniya) 6:0,6:0, Andreas Sillaste (Estoniya) Patrik Jurinanı (Xorvatiya) 7:5, 6:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlarını yazdırıblar.

Xəbər 127 dəfə oxundu.