“Araz” futzal klubu növbəti transferini reallaşdırıb
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” futzal klubu növbəti transferini reallaşdırıb.

Ölkə çempionu cənubi azərbaycanlı Hadi Əhmədi ilə anlaşıb. Son mövsümü Məşəd şəhərini təmsil edən “Farsh ara” klubunda keçirən 25 yaşlı futzalçı bürünc medal qazanıb. Onunla anlaşma 1 il nəzərdə tutulub.

Qeyd edək ki, bu, “Araz”ın mövsümlərarası fasilədə sayca ikinci əcnəbi transferidir. Komanda daha əvvəl ötən mövsümü “Neftçi”də keçirmiş Vahid Şəfaye ilə müqavilə imzalayıb.

Xəbər 759 dəfə oxundu.