Şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq
İyulun 19-da Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin beşinci turunun oyunları keçiriləcək.

Növbəti turda şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Ötən turda T.Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib. Dörd turdan sonra şahmatçımızın aktivində 2,5 xal var.

Xəbər 728 dəfə oxundu.