İdmançımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.

Pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.

Xəbər 785 dəfə oxundu.