“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov tay-brekdə mübarizə aparacaq
Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 17-də tay-brekdə mübarizə aparacaq.

Təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduğu üçün rəqibi ilə tay-brekdə yenidən üz-üzə gələcək.

Dörddəbir final çərçivəsində ilk partiyada Veselin Topalova (Bolqarıstan) qalib gələn Maksim Vaşe-Laqrav (Fransa) cavab oyununda rəqibi ilə xalları yarı böldüyündən yarımfinala vəsiqə qazanıb. Digər şahmatçılardan Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) Yu Yanqi (Çin) ilə tay-brekdə güclərini sınayacaqlar.

Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

Xəbər 721 dəfə oxundu.