Beynəlxalq veloturda 3-cü mərhələyə start verildi | |
Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur davam edir. İdman.com.az saytının məlumatına görə, 23 yaşadək velosipedçilərin mübarizəsində bu gün üçüncü mərhələ başladı. Yürüşçülər saat 11:20-də Qəbələdən yola çıxdılar. Start atəşini rayonun icra başçısı Səbuhi Abdullayev açdı. Sözü gedən mərhələdə velosipedçilər Şəki – Oğuz istiqamətində yüksəklikləri dəf edərək, yenidən Qəbələyə qayıdacaqlar. Bu marşrutun uzunluğu 160 km-dir. Yürüş ərəfəsində yarışın şərhçisi Mett Rendell çıxış etdi. Həmkarımız dedi ki, dünən idmançılar daha çox yol sürdülər: «Burada 3 çətin yüksəklik vardı. Bəziləri onu keçə bilmədi. Təbii ki, onlar bu mərhələdə iştirak etməyəcəklər. Dünən lider olmuş əlcəzairli Yusif Regigi böyük şücaət göstərdi. O, dünya arenalarında sayılıb-seçilənlərdəndir. Velosiped idmanı çətin növlərdəndir. Burada komanda yarışı var. Kollektivdə üzvlər daim əlaqəli olmalı, bir-birilirəni yaxşı başa düşməlildirlər. Əgər öndə olan velosipedçi küləyə qarşı mübarizə aparırsa, onda arxada gələn yoldaşları 30 saniyə az enerji istifadə edirlər. Bu isə, yekun nəticədə qalib gəlməyə kömək edir». Qeyd edək ki, 4-cü mərhələnin başlanması üçün iştirakçılar sabah səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu raundun keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 km olmaqla 10 dövrə vurduqdan sonra, yarışa yekun vurulacaq. Kamran Hacı, Qəbələ |
|
Xəbər 1879 dəfə oxundu. |
|
|