Azərbaycanlı FIFA referisi dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iyulun 17-də Rusiyanın paytaxtı Moskvada başlayacaq dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, iyulun 28-dək davam edəcək dünya çempionatında Azərbaycan milli komandası da iştirak edəcək.

Millimiz iyulun 19-da, 21 və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya komandaları ilə görüşəcək.

Xəbər 781 dəfə oxundu.