Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir.

Azsport.az Azərbaycan Voleybol Federasiyasının saytına istinadla xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan yığmamız iyulun 15-də Bolqarıstanda təşkil olunan təlim-məşq toplanışını davam etdirərək Rusiyaya yola düşüb. Komandamız Bolqarıstanda təlim-məşq toplanışı ərəfəsində iki dəfə Bolqarıstan milli komandası ilə yoxlama oyunu da keçirib. Birinci oyunda yerli komandaya 1:3 hesabı ilə uduzan komandamız ikinci oyunda rəqibini eyni hesabla üstələyib.

Təlim-məşq toplanışını Türkiyədə də davam etdirəcək voleybolçu qızlarımız Rusiya millisi ilə də bir neçə yoxlama matçı keçirəcək.

Komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Xəbər 837 dəfə oxundu.