Balotelli və Kassano gedir, Del Pyero və Totti – yox
İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli «Milan»dan Antonio Kassanonu və «Mançester Siti»dən Mario Balotellini Avro-2012-yə aparmaq, «Roma» ilə «Yuventus»un təcrübəli kapitanları Françesko Totti və Alessandro Tottinin isə xidmətlərindən istifadə etməmək qərarı ilə bağlı açıqlama verib:

İdman.com.az-ın məlumatına görə, o, ölkə mətbuatı açıqlamasında belə deyib: «Komandada sürprizlər olmayacaq. Totti və Del Pyeroya gəldikdə isə, onlar Avropa çempionatına yalnız fors-major halında gedə bilərlər. Üstünlüyü daha gənc futbolçulara vermək istəyirəm. Kassano millinin formasını necə dəyərləndirdiyini çoxdan göstərib. O, ağır xəstəlikdən sonra bərpa olunmaq üçün əlindən gələni edib. Antonio bu səfəri haqq edib. Düşünürəm ki, Balotelli ağlını başına yığıb və keçmişin səhvlərini bir daha təkrarlamaz. Onun kimi futbolçular mənə çox lazımdılar».

Xəbər 963 dəfə oxundu.