Bu gün iki sərbəst güləşçimiz Yaşar Doğu turnirində mübarizəyə qoşulacaq
İstanbulda tanınmış türk pəhləvanı, Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir davam edir.

Yarışın ikinci günündə daha iki sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Mübarizəyə təsnifat mərhələsində başlayan Əli Rəhimzadə 65 kiloqram çəki dərəcəsində Tunisli idmançı Kaireddine Ben Telili qarşılaşacaq. Digər güləşçimiz Abubakr Abakarov (79 kq) dörddəbir mərhələdə ABŞ təmsilçisi Aleksandr Deyvid Dirinqer ilə üz-üzə gələcək.

Xəbər 926 dəfə oxundu.