3 mövsümə 930 milyon məsrəf
«Mançester Siti» şeyx Mənsurun əlinə keçəndən bəri klub 3 mövsümə 930,4 milyon funt məsrəf edib. Özü də bu pulların 565,1 milyonunu şeyx birbaşa öz cibindən qoyub. Maraqlıdı ki, klub tək futbolçuların məvacibinə bu dövr ərzində qazandığı puldan çox xərcləyib.

İdman.com.az saytının məlumatına görə, «Siti»nin 3 mövsümə 365,3 milyon qazandığı halda, futbolçulara 390 milyon maaş verib. Bu rəqəmlərdə hələ klubun ötən yay transferə xərclədiyi 53,6 milyon nəzərə alınmayıb.

Xəbər 940 dəfə oxundu.