Azərbaycanlı şahmatçı və hakimlər yeni titullara sahib olublar
İyunun 27-30-da Bakıda keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclasında verilən titulların siyahısı dərc edilib.

Azsport.az FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, ali qurumun iclasında verilən qərara görə, 100-dən çox şahmatçı və hakim yeni titullara sahib olublar. Onların arasında gənc şahmatçımız Ülvi Sadıqov beynəlxalq qrossmeyster (GM) adına yiyələnib. Aydın Süleymanlı beynəlxalq usta (IM), Xanım Balacayeva beynəlxalq qrossmeyster (WGM), Nərmin Söyünlü isə beynəlxalq usta (WIM) adını qazanıblar. Bundan əlavə, Məcid Əfəndiyev və Cavanşır Bağırov beynəlxalq dərəcəli hakim (IA) adına layiq görülüblər.

Xəbər 756 dəfə oxundu.