Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
Əlil İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Milli Paralimpiya Komitəsinin təşkilati dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində paralimpiyaçı idmançılar Bakı şəhərində və Abşeron rayonunda yerləşən tarixi abidələri ziyarət ediblər.

İştirakçılar Şirvanşahlar sarayında və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar. Tarıxi abidələr haqqında iştirakçılara geniş məlumat verilib. Tədbirdə oxatma idman növü üzrə paralimpiyaçı idmançıların iştirakı ilə tarixi abidəni ziyarət edən turistlər qarşısında kamandan oxatma idmanının əyani atış göstərişləri olub.

Tədbirdə əlilliyi olan ictimai fəallar da iştirak ediblər.

Xəbər 728 dəfə oxundu.