Şahmatçılarımız Serbiyada keçirilən “Open A” turnirində liderlər qrupunda çıxışlarını davam etdirirlər
Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Open A” turnirində uğurlu çıxışları ilə fərqlənirlər.

Dörd turun nəticəsinə görə iki şahmatçımız turnir cədvəlində ilk üçlükdə qərarlaşıb. Bütün görüşləri qələbə ilə başa vuran Nail Bəşirli liderliyi ələ keçirib. Dörd turun yalnız birində heç-heçə edən digər təmsilçimiz – Vüqar Əsədli isə üçüncü pillədədir.

Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli üç, Mustafa Məmmədov isə iki xal toplayıb.

Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnirə iyulun 12-də yekun vurulacaq.

Xəbər 736 dəfə oxundu.