Şpaqaçılarımız komanda yarışında iştirak ediblər
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının növbəti yarış günündə kişi şpaqaçılarımız komanda yarışında iştirak ediblər.

Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət şpaqa üzrə komandamız ilk görüşündə Səudiyyə Ərəbistanı komandasını 44:35 hesabı ilə məğlub edib. Qılıncoynadanlarımız səkkizdəbir finalda fransalı həmkarlarına 26:45 hesabı ilə uduzublar. Komandaların yekun sıralamasında Kanada, Portuqaliya, Danimarka və Səudiyyə Ərəbistanını qabaqlayan şpaqaçılarımız yarışı 16-cı sırada başa vurub.

Xəbər 806 dəfə oxundu.