Atletika üzrə beynəlxalq xatirə turnirinə yekun vurulub.
Qazaxıstanın Almatı şəhərində Qusman Kosanovun xatirəsinə həsr olunan atletika üzrə beynəlxalq xatirə turnirinə yekun vurulub.

Turnirdə atletimiz Sabrina Zralova üç təkanla tullanma yarışında bürünc medal qazanıb.

Beynəlxalq turnirdə Azərbaycan idmançılarından tullanma növlərində Yekaterina Sarıyeva, Yelena Pextereva, Sabrina Zralova, Yadulla İbrahimov, qaçış növündə isə Cavid Məmmədov mübarizə aparıblar.

Xəbər 844 dəfə oxundu.