Qurban Tağıyev: Fərqlənəcəyimə inanmırdım
«Komanda yoldaşlarım arasında yaxşı nəticə göstərəcəyimi gözləmirdim». İdman.com.az saytının məlumatına görə, bu sözü ulu öndər Heydər Əliyevin xatirəsinə keçirilən beynəlxalq veloturun 2-ci mərhələsində mübarizə aparan Azərbaycan idmançısı Qurban Tağıyev dedi.

Bakı – İsmayıllı marşrutu üzrə yola çıxmış velosipedçimiz 175 km məsafəni 4 saat, 59 dəqiqə, 50 saniyəyə yürüş etdi. Bu mərhələnin qalibindən 18,11 dəqiqə geri qalan gənc idmanmız bildirdi ki, ilk dəfə peşəkar yarışda iştirak etməsinə rəğmən, həyacan hiss etmədi:

«Yerli olduğum üçün, yola bələd idim. Yarış mənə rahat keçdi. Amma öz üzərimdə hələ çox işləməliyəm. Hədəfim, növbəti olimpiadaya vəsiqə qazanmaqdır».

Qeyd edək ki, sabah veloturun 3-cü mərhələsi başlayacaq. Yürüşçülər Qəbələdən Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək, yenidən geriyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir.

Kamran Hacı, Qəbələ

Xəbər 2058 dəfə oxundu.