Azərbaycan şahmatçısı “Open A” turnirində liderliyə yüksəlib
Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Open A” turnirində liderlər qrupunda çıxışlarını uğurla davam etdirirlər.

Üç turda qələbə qazanan Vüqar Əsədli turnir cədvəlində liderliyə yüksəlib. Bütün görüşləri qələbə ilə başa vuran daha bir təmsilçimiz - Nail Bəşirli isə əlavə göstəricilərə görə beşinci pillədədir. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli və Mustafa Məmmədov isə iki xal toplayıblar.

Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnirə iyulun 12-də yekun vurulacaq.

Xəbər 733 dəfə oxundu.