Bu gün atletika üzrə Avropa çempionu Nazim Babayev universiadada mübarizəyə başlayacaq
İyulun 8-də XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayacaqlar.

Yarışlarda atletikanın üç təkanla tullanma növündə Avropa çempionu olan Nazim Babayev və 100 metr məsafəyə qaçış növündə IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova çıxış edəcəklər.

Atletlərimiz universiadaya məşqçi Nazim İsrafilovun rəhbərliyi ilə qatılıblar.

AZƏRTAC

Xəbər 1125 dəfə oxundu.