Azərbaycanın qadın qılıncoynadanları XXX Ümumdünya Yay Universiadasında çıxışını başa vurublar
Azərbaycanın qadın qılıncoynadanları İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Ümumdünya Yay Universiadasında mübarizəni başa vurublar.

Qrup mərhələsində keçirdiyi altı görüşün hamısında qələbə qazanan Anna Başta birbaşa onaltıdabir finala yüksəlib. İdmançımız bu mərhələdə meksikalı Vanessa İnfante üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız eyni nəticəni səkkizdəbir finalda da təkrarlayıb. A.Başta Qazaxıstan təmsilçisi Aybike Xabibullinanı 15:9 hesabı ilə üstələyib. Qılıncoynadanımız dörddəbir finalda cənubi koreyalı Ceon Suinə 11:15 hesabı ilə uduzub.

Digər sablyaçımız Valeriya Bolşakova isə qrup mərhələsində keçirdiyi beş görüşdən dördünü qalib başa vurmaqla birbaşa onaltıdabir finala vəsiqə qazanıb. V.Bolşakova bu mərhələdə Macarıstan təmsilçisi Petra Zahonyi ilə üz-üzə gəlib. Gərgin keçən görüşün sonunda idmançımız rəqibinə 14:15 hesabı ilə uduzub.

Xəbər 903 dəfə oxundu.