Dünya kubokunun təsnifat mərhələsi sona yaxınlaşır
Mayın 8-də Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqorityalı beynəlxalq turnirə start verilib. İdman.com.az saytı xəbər verir ki, ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollardır. Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Finlandiya və Belçika çaparı da iştrak edirlər.

Bu yarışın dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edir. İlk gündə həmyerlimiz Səid Musayev bütün rəqiblərini qabaqlayaraq, çempion olub. İkinci pilləni isə ölkəmizi Olimpiya oyunlarında təmisl edəcək Camal Rəhimov tutub. Üçüncü yerin sahibi Azərbaycan bayrağı altında çıxış edən Patric Mcentee olub.

Dünən keçirilmiş yarışın ikinci günündə isə Gürcüstanlı Şalva Qaçeçiladze “Saturn” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillənin sahibi isə “Bahar MNM” ləqəbli atla Belçikalı idmançı Jody Bosteels olub. Həmyerlimiz Patric Macentee isə “Zidane” ləqəbli atla üçüncü nəticə göstərib.

Xəbər 1309 dəfə oxundu.