“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov sonuncu turda Dinq Liren ilə qarşılaşacaq | |
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində iyulun 7-də sonuncu – 11-ci turun oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Turun digər oyunlarında rusiyalı Sergey Karyakin amerikalı Fabiano Karuana, norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşe-Laqrav, amerikalı Hikaru Nakamura sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri, Amerikalı Uesli So ermənistanlı Levon Aronyan ilə qarşılaşacaqlar. On turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar. |
|
Xəbər 769 dəfə oxundu. |
|
|