Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olunub
İyulun 5-də Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra futzal üzrə yüksək liqada legioner futzalçılarla bağlı limitin tətbiqi, komandaların sifariş vərəqəsinə maksimum yeddi (ümumi oyunçuların sayı 20), oyunun protokoluna isə maksimum beş (ümumilikdə 14 oyunçu) legioner futzalçının daxil etməsi, eləcə də protokola bir nəfər 2000-ci il təvəllüdlü futzalçının adının daxil edilməsi, həmçinin futzal üzrə yüksək, birinci və ikinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019-2020-ci illər mövsümünün əsasnaməsinin təsdiqi barədə qərarlar qəbul olunub.

Bundan başqa, iclasda yeni mövsüm üzrə liqaların təşkili, yüksək liqaya sentyabrın 6-da, birinci liqaya sentyabrın 6-da və 7-də, ikinci liqaya sentyabrın 8-də başlanılması, “transfer pəncərəsi”nin sentyabrın 19-da saat 18:00-da bağlanılması, bütün liqaların oyunlarının Bakı İdman Sarayında və Olimpik Starda keçirilməsi, U-19 (2002-2003-cü illər təvəllüdlü) milli komandanın yaradılması və birinci liqada iştirakı, 2019-2020-ci illər mövsümünün büdcəsinin təsdiqi və digər məsələlərlə bağlı qərarlar verilib.

Xəbər 769 dəfə oxundu.