Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan güləşçilərimiz təlim-məşq toplanışına başlayıblar | |
İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan gənclərimiz Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar. Böyük məşqçi Taleh İsrafilovun, məşqçilər Nazim Əhmədovun və Rasim Ağayevin rəhbərliyi ilə keçirilən toplanışa 22 güləşçi qatılıb. Sərbəst güləş üzrə yığma komandamızın Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı iyulun 4-də başlayıb. Yeniyetmə qızlarımız festivala hazırlığı paytaxtda davam etdirirlər. Yunan-Roma güləşçilərimiz isə iyunun 26-dan Göygöldə hazırlıq keçirlər. Xatırladaq ki, yeniyetmələrdən ibarət yığma komandalarımız ötən ay İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatından dərhal sonra Avropa Gənclər Olimpiya Festivalı üçün son təlim-məşq toplanışına başlayıblar. |
|
Xəbər 650 dəfə oxundu. |
|
|