Bakı məktəblisi dünya çempionu oldu
Aprelin 27-dən mayın 7-dək Rumıniyanın Yası şəhərində məktəblilər arasında şahmat üzrə 8-ci dünya çempionatı keçirilib.
İsveçrə sistemi ilə oğlan və qızlar arasında 6 yaş qrupu üzrə keçirilən çempionatda 36 ölkədən 653 nəfər (284 oğlan, 369 qız) iştirak edib. Bu yarışda Azərbaycan 36 şahmatçı ilə təmsil olunub.
Çempionatda Bakı şəhəri, 6 nömrəli məktəbin şagirdi Günay Məmmədzadə qızıl, 212 №-li məktəbin şagirdi Nərmin Məmmədova, 7 №-li məktəbin şagirdi İsmayıl Şahəliyev və Ucar Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova gümüş, Bakı şəhər 136 №-li məktəbin şagirdi Aytən Əmrayeva, 12-13 yaş qrupunda, Nərmin Söyünlü isə 16-17 yaş qrupunda bürünc medal qazanıblar.

Xəbər 3263 dəfə oxundu.