Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplanışına start veriblər
Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplanışına start veriblər.

Azspot.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Sonra komandamız iyulun 11-dən 14-dək İstanbulda təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Xəbər 746 dəfə oxundu.