“Qarabağ” braziliyalı futbolçunu transfer edib
“Qarabağ” klubu daha bir futbolçunun transferini başa çatdırıb.

Azsport.az klubun “Facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub. Müqaviləyə əsasən, Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı futbolçu bir illik icarəyə götürülüb.

“Qarabağ” daha əvvəl hücuma meyilli yarımmüdafiəçi Xayme Rodrigesi transfer edib.

Xəbər 762 dəfə oxundu.