Azərbaycan Beynəlxalq Həndbol Federasiyasının 37-ci konqresində təmsil olunur
İsveçin Höteborq şəhərində Beynəlxalq Həndbol Federasiyasının 37-ci konqresinə start verilib.

Azdport.az Azərbaycan Həndbol Federasiyasının (AHF) saytına istinadla xəbər verir ki, konqresdə cari məsələlər, qaydalara və reqlamentə dəyişikliklər, eyni zamanda, həndbolun inkişaf strategiyası müzakirə olunur.

Tədbirdə ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Konqresə iyulun 5-də yekun vurulacaq.

Xəbər 1046 dəfə oxundu.